EN

"Böyük dəbilqə": Dörd cüdoçumuz mübarizəyə qoşulur

Abu-Dabidə (BƏƏ) cüdo üzrə “Böyük dəbilqə” turniri davam edir.

Fanat.Az xəbər verir ki, ikinci yarış günündə 4 Azərbaycan idmançısı tatamiyə çıxacaq.

73 kq çəkidə Rəşid Məmmədəliyev Ekvadordan olan Bruno Bermeo ilə görüşəcək. Nəriman Mirzəyev isə yaponiyalı Tatsuki İşihara ilə qarşılaşacaq.

81 kq çəki dərəcəsində isə Zelim Tskaev Botond Tota (Macarıstan) ilə mübarizə aparacaq. Ömər Rəcəbli çıxışına ikinci mərhələdən başlayacaq. O, Viçenzo Peliqra (İtaliya) - Ruslan Musayev (Qazaxıstan) cütünün qalibini gözləyir.

Qeyd edək ki, turnirin ilk günündə Açelya Toprak (57kq) bürünc medal qazanıb.

Chosen
20
fanat.az

1Sources