EN

Motosiklet məscidə çırpıldı - ölən var

Sumqayıtda ağır yol qəzası baş verib.

Bakıvaxtı.az xəbər verir ki, dünən saat 14 radələrində Allahverdiyev Eldəniz Elşad oğlunun idarə etdiyi və dövlət qeydiyyat nişanı olmayan “Zontes-Sport” markalı motosiklet qəzaya düşüb.

Motosiklet 6-cı mikrorayon ərazisində yerləşən Hacıbala Salayev küçəsində Corat məscidinin divarına çırpılıb. Nəticədə E.Allahverdiyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sumqayıt ŞPİ-nin İŞ-də cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.

Chosen
12
4
bakivaxti.az

6Sources