EN

Tovuzda yeni təlim-məşq bazası tikiləcək, stadionun ot örtüyü dəyişdiriləcək

Tovuzda

Bakı, 12 oktyabr, AZƏRTAC

Tovuzda yeni təlim-məşq bazasının tikintisinə hazırlıqlar davam edir.

AZƏRTAC xəbər verir ki, bu barədə “Turan Tovuz”un mətbuat xidməti məlumat yayıb.

Bundan başqa, Tovuz şəhər stadionunda ot örtüyünün dəyişdirilməsi nəzərdə tutulub. Bu proses Gəncə şəhər stadionunun inşası başa çatdıqdan sonra start götürəcək. Ot örtüyünün dəyişdirilməsi müəyyən vaxt alacağından və komandanın azarkeşlərdən uzaq düşməməsi üçün Tovuz təmsilçisi ev oyunlarını Gəncədəki arenada keçirəcək.

Hazırda Gəncədə yeni stadion inşa edildiyi üçün “Kəpəz” komandası rəqiblərini Tovuzda qəbul edir.

Chosen
26
2
azertag.az

3Sources