"Krasnodar" "Fənərbağça"nın və Türkiyə millisinin yarımmüdafiəçisi İrfan Kahveci ilə maraqlanır.
Publika.az xəbər verir ki, bu barədə "Sabah" məlumat yayıb.
Mənbənin sözlərinə görə, “Krasnodar” 29 yaşlı futbolçunu 2024/2025 mövsümü başa çatdıqdan sonra azad agent kimi heyətinə qatmaq istəyir. Qeyd olunur ki, futbolçuya İspaniyanın "Betis" və "Vilyarreal" klubları da iddialıdır.
Kahveci 2021-ci ildən "Fənərbağça"da çıxış edir. O, bu mövsüm İstanbul klubunda 11 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Yarımmüdafiəçi Türkiyə millisində 36 oyun keçirib və 3 qol vurub.