EN

Toya gedən müğənni qəzaya düşdü: Özü və prodüseri yaralandı - FOTO

Ucar rayonuna toya gedən müğənni və prodüseri Hacıqabul ərazisində qəzaya düşüblər.

APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan qəsəbəsinin ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakı sakini, 1991-ci il təvəllüdlü Şəlalə Əlisar qızı Yağız (Şəlalə Nicat) idarə etdiyi KIA markalı avtomobili yoldan çıxararaq aşırıb.

Nəticədə sürücü və avtomobildə olan prodüser İlkin Hüseynov müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə bildirilib ki, 1991-ci il təvəllüdlü (qadın cinsli) və 1996-ci il təvəllüdlü (kişi cinsli) şəxslərin hər birinə bədənin küt travması diaqnozu təyin edilib.

Onlara zəruri tibbi xidmətlər göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
87
49
paralel.az

10Sources