EN

Ronaldinyo ABŞ futbol klubunun səhmdarı oldu

Dünya futbolunun əfsanəsi, braziliyalı keçmiş futbolçu Ronaldinyo ABŞ çempionatının üçüncü divizionunda çıxış edən klubun səhmdarı olub.

Arena.az məlumat verir ki, Ronaldinyo Cənubi Karolina ştatının təmsilçisi “Qrinvill Triumf” futbol klubunun səhmdarı olub.

Bu barədə komandanın rəsmi saytı məlumat verib.

Ronaldinyo bir dəstə sərmayədarla birlikdə komandanın səhmdarlarından biridir. Müqavilə çərşənbə günü, oktyabrın 9-da Nyu-York Fond Birjasında rəsmiləşdirilib.

Braziliyada bir çox klubların maddi dəstəyə ehtiyacı olduğu halda Ronaldinyonun ABŞ-a üz tutması ölkədə birmənalı qarşılanmayıb.

Chosen
34
arena.az

1Sources