EN

Millimiz böyük hesabla uduzdu

İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələ matçında məğlub olub.

Sportnet.az xəbər verir ki, Samir Əliyevin baş məşqçisi olduğu yığma Şimali İrlandiyanın qonağı olub.

Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 0:5.

Qeyd edək ki, 9 görüşdə 10 xal toplayan Şimali İrlandiya 4-cü, 3 xala malik Azərbaycanın U-21 yığması isə sonuncu - altıncı pillədə qərarlaşıb.


Chosen
10
16
sportnet.az

10Sources