Pol Poqba Rusiya klubunun transfer hədəfindədir.

Offsideplus.az xəbər verir ki, ulduz futbolçu FIFA tərəfindən tanınmayan klubdan təklif alıb. Söhbət Media Futbol Liqasında çıxış edən "Brok Boys" klubundan gedir. Bu liqa qeyri-rəsmidir və influenser və məşhurlar tərəfindən qurulub.

Transfer təklifi geri çevrilib, çünki Poqba top liqada oynamaq istəyir.