EN

“Səs Azərbaycan” yeni mövsümdə fərqli münsiflərlə EKRANLARA QAYIDIR - FOTO

2025-ci ildə İTV kanalında yayımlanan dünyaca məşhur “The Voice” mahnı yarışmasının lisenziyası əsasında yayımlanan “Səs Azərbaycan” layihəsi yenidən yayımlanacaq.

Bizim.Media xəbər verir ki, bu barədə bəstəkar və müğənni Murad Arif özünün “Instagram” hesabında məlumat paylaşıb.

O qeyd edib ki, “Səs Azərbaycan”nın yeni mövsümündə münsif kürsüsündə xalq artistləri Zülfiyyə Xanbabayeva və Röya Ayxan, “Eurovision 2011” beynəlxalq mahnı müsabiqəsinin qalibi Eldar Qasımov və Murad Arif özü əyləşəcək.

Qeyd edək ki, “The Voice” dünyanın bir çox ölkəsində yayımlanan vokal televiziya şousudur. Bu formatda ilk televiziya şousu holland prodüseri Con de Mol tərəfindən yaradılmış və 2010-cu ildə Hollandiya televiziyasında nümayiş etdirilən Hollandiyanın səsi olmuşdur.

Daha sonra ABŞ, Almaniya, Böyük Britaniya, Çin, Rusiya, Fransa, Kanada, Belçika, Türkiyə, Avstraliya, Portuqaliya, Braziliya, Tayland, Polşa, İspaniya kimi dünyanın bir çox ölkəsində eyni formatdan istifadə edən şoular yayılanıb.

Bizim.Media

Chosen
29
bizim.media

1Sources