EN

Sülh sazişi imzalandıqdan sonra Bakını nə gözləyir? – Mümkün ssenari

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanma tarixi ilə yanaşı, sonrakı proseslərin necə olacağı da düşündürücüdür.

Bu məsələ ilə bağlı konkret fikirlər səsləndirilmir. Bəziləri müqavilənin imzalanmasından sonra iki ölkə arasında normallaşma prosesinin dərhal başladılacağını düşünsə də, bir qismin fikrincə, bunun üçün uzun zaman lazım olacaq. Bakı və İrəvan arasında iqtisadi və siyasi əlaqələrin necə qurulacağı, xüsusilə xalqalar arasında gərginliyin necə aradan götürüləcəyi suallar doğurur.

Sülh müqaviləsi imzalandıqdan sonra nələr Azərbaycan və Ermənistanı nələr gözləyir? Mümkün ssenarilərin konturları bəllidir?

Globalinfo.az-a danışan politoloq Azad Məsiyev deyib ki, Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin tezliklə imzalanma ehtimalı azdır:

“Çünki İrəvan Bakının təklif etdiyi variantları heç bir halda qəbul etmək istəmir. Bundan başqa Ermənistanı himayə edən ABŞ və Qərb sülh sazişinin imzalanmasında maraqlı deyil. Çünki bu, hər şeydən öncə həmin güclərin regional planın pozulmasına gətirib çıxara bilər. Bu baxımdan sülh sazişinin yaxın zamanda imzalanma ehtimalı azdır.

Lakin nəzəri baxımdan bu, baş tutacağı təqdirdə təbii ki, Ermənistanla nəqliyyat infrastrukturu açılacaq, sərhədlər tam müəyyən ediləcək.

Politoloq bildirib ki, sülhün bağlanması Ermənistanın Azərbaycana vurduğu ziyanın unudulacağı mənasına gəlmir:

“Bu ölkə Xocalı soyqırımını törədib, 30 il ərzində işğalda saxladığı ərazilərə 400 milyard dollar zərər vurub. Bu məsələ həll edilməlidir.
Fikrimcə, Ermənistan dinc qonşuluq prinsiplərinə riayət edərsə, onunla ortaq layihələr də icra etməyimiz mümkün ola bilər. Həm Zəngəzur dəhlizi açılar, həm də yeni enerji layihələri həyata keçirilər. Bu, İrəvana bir çox divident gətirəcək. Ən önəmlisi isə regionda sabitliyin olmasına şərait yaradacaq. Lakin məsələyə qlobal prizmadan baxdıqda, sülhün imzalanması real görünmür”.

Chosen
24
turkustan.az

1Sources