EN

COP29: QMİ Ermənistanın “dağdılmış mədəni irs” yalanlarına qarşı

Noyabr ayında Azərbaycanda keçiriləcək iqlim problemləri üzrə COP29 beynəlxalq konfransında dünyanın ən aktual məsələləri müzakirə olunacaq.

Dünyanın dörd bir yanından Bakı gələcək qonaqlar –Prezidentlər, Baş nazirlər, ictimai xadimlər, iqlim fəalları paytaxtımızda qlobal iqlim çağırışlarını müzakirə edəcəklər.

Azərbaycan artıq neçə aydır ki, bu mötəbər tədbirə hazırlaşır. COP29 ölkəmiz üçün həm də dünyaya öz mesajını verəcək bir platforma olacaq. Ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan beynəlxalq aləm üçün sülhün və sabitliyin tərəfdarı kimi nümayiş olunacaq.

Lakin belə mötəbər və dünya üçün aktual problemin müzakirəsindən öz qərəzli məqsədləri üçün istifadə etməyə çalışan qüvvələr də fəallaşıb.

Ermənistanın və onun arxasında duran qüvvələrin son günlərdə media üzərindən artan qərəzli informasiya hucumlarının məqsədi Bakını gözdən salmaq və saxta iddialarla beynəlxalq aləmi aldatmaqdır. Bunun üçün ən müxtəlif platformalarda dezinformasiyalar səngimir.

Bunların içərisində Ermənistanın, erməni diasprasının və onlara züy tutan Avropa sturukturlarının azad edilmiş Qarabağda guya erməni mədəni abidələrinin dağıdılması barədə bəyanatları, qara-qışqırıqlarıdır.

Məsələn, erməni diasporasının öndə gedən təşkilatlarından sayılan “Ay Dat”ın Avropa ofisinin təşəbbsü ilə COP29 konfransı ərəfəsində Avropa Parlamentinin deputatları arasında qondarma “etnik təmizləmə”, “dağıdılmış mədəni irs” barədə vay-şüvən qaldırmağı planlaşdırır.

Avropa Şurasının fransız deputatları “Azərbaycan Dağlıq Qarabağa hərbi hücum” barədə sayıqlayır, “Dağlıq Qarabağın mənəvi və mədəni irsi təhlükə altında” olmasından, bir çox abidələr artıq dağıdıldığından dəm vururlar.

Frankofoniya Parlament Assambleyasının qəbul etdiyi  “Dağlıq Qarabağ erməniləri və Ermənistanın ərazi bütövlüyü haqqında” qətnamədə qərəzli ittihamlar yer alıb.  Sənəddə “etnik təmizləmə” və “regionun dini irsinin dağıdılmasından” danışılır.

Ermənistanın öz iddiaları isə absurddur. “Dağlıq Qarabağ və ətraf rayonlarda 250-dən çox abidə dağıdılıb” sərsəm açıqlaması sadəcə gülüncdür.

Azərbaycan 44 günlük Vətən Müharibəsindən sonra regionun mədəni irsinin qorunmasını əsas priroiteti elan edib. Prezident İlham Əliyev müharibədən dərhal sonra azad edilmiş ərazilərə səfərləri zamanı erməni vandalizmindən geridə qalan dəhşətli vəziyyəti bütün dünyaya nümayiş etdirmişdi. Yerlə yeksan edilən məscidlər, muzeylər, mədəni abidələr o ərazlərə gələn hamını şoka salırdı.

Ermənistanın bu ittihamlarına ilk gündən Qafqaz Müsəlmanları İdarəsi, onun sədri Şeyxülislam Allahşükür Paşazadə, dini icma rəhbərləri tərəfindən qətiyyətlə rədd edildi.

QMİ sədrinin başçılığı ilə dağıdılmış Ağdama səfər edən dini icma başçıları məscidləri, kilsələri, məbədləri vəhşicəsinə dağıdan düşmənin bu əməlinin, barbarlığının canlı şahidi oldular.

Dünyanın 100-ə yaxın ölkəsi ilə beynəlxalq əlaqələri QMİ  Vatikandan tutmuş müqəddəs Sinoda, katolik dünyasından pravoslav məbədlərinə qədər Qarabağda törədilmiş bu barbarlığın qara tablosunu nümayiş etdirdi.

İstər müharibədən əvvəl, və ya ondan sonra QMİ-nin beynəlxalq təmasları Azərbaycanın haqlı mövqeyinin ardıcıl müdafiəsinə yönəlib.  Şeyxülislam iştirak etdiyi nufuzlu tədbirlərdəki çıxışlarında Ermənistanın mədəni irslə bağlı yalanlarını sərt həqiqətlərlə susdurur.

Allahşükür Paşazadə Azərbaycanın mədəni sərvətlərinin dağıdılmasına qarşı, torpaqların işğal altında saxlayan Ermənistanın rüsvay edilməsi üçün əlində olan bütün vasitələrdən istifadə edib.

Azərbaycanın viran edilmiş, talanmış ərazilərinin miqyasını gizlətmək, təhrif etmək çox çətindir. Düşmənin bu faktları susqunluqla qarşılaması törətdikləri cinayətlərin etirafı hesab oluna bilər.

Azad edilmiş ərazilərə saysız səfərlər, xarici diplomatların, beynəlxalq qurumların iştirakı ilə keçirilən mötəbər toplantılar bir daha bu barbarlığı hamıya nümayiş etdirir, heç bir bəraət yeri saxlamır.

Azərbaycanda, onun paytaxtı Bakıda və bölgələrdə müxtəlif millətlərin və dinlərin nümayəndələri, o cümlədən minlərlə erməni əsilli vətəndaşlar əmin-amanlıq şəraitində yaşayır. Bakının mərkəzində erməni kilsəsi və onun kitabxanası dövlət tərəfindən lazımi şəraitdə saxlanılır və tarixi-dini abidə kimi qorunur. Lakin Azərbaycanın işğal olunmuş ərazilərində məscidlər, məbədlər, qəbiristanlıqlar, tarixi abidələr, muzeylər, kitabxanalar dağıdılıb talan edilib, qədim Qafqaz Albaniyasına məxsus xristian kilsələri və Rus Pravoslav kilsələri özününküləşdirilib, məscidlər tövləyə çevrilib.

Ermənistan öz ərazisindəki tarixi Azərbaycan dini abidələrini, İrəvan məscidləri olan “Şah Abbas”, “Sərdar”, “Hacı Novruz Əli” və digər mədəni-mənəvi irs nümunələrini, nadir memarlıq abidələrini tamamilə dağıdıb.

Ermənistan, Şuşadakı “Vəftizçi Yəhya” pravoslav kilsəsini, digər bölgələrdəki qədim alban kilsələrini qəsb edib, mənşəyini dəyişdirərək qriqorianlaşdırıb, Xocavənd pravoslav kilsəsini tamamilə məhv edib.

Erməni işğalı nəticəsində minlərlə tarix və mədəniyyət abidələri, ziyarətgahlar və qəbiristanlıqlar məhv edilib və talan olunub. Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində rəsmi qeydiyyatda olmuş 67 məsciddən 64-ü tamamilə dağıdılıb.

Azərbaycanın mədəni irsin belə dağıdılmasına görə Ermənistan məsuliyyət daşıyır. Bu vandalizm beynəlxalq Konvensiyaların, o cümlədən, “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESKO-nun 1972-ci il Konvensiyasının tələblərinə ziddir.

QMİ öz bəyanatında Ermənistan tərəfindən Azərbaycan xalqının mədəni irsinin məhv edilməsinə və saxtalaşdırılmasına yönəlmiş addımları “bütün bəşər mədəniyyətinə qarşı təcavüz” adlandırıb.

Azərbaycanda mövcud olan tarixi-dini abidələr bu ölkədə yaşayan xalqların əxlaqi dəyərlərini və adət-ənənələrini özündə təcəssüm etdirən müqəddəs məkanlardır. Bu irs dövlət tərəfindən qayğı ilə qorunur, məscidlərimiz, kilsələrimiz və sinaqoqlarımız təmir edilir, yeniləri inşa olunur. Azərbaycan Vatikanda katakombaların, Strasburqda, Serbiyada tarixi abidələrin, məscid və kilsələrin bərpasına əvəzsiz töhfələr verir.

Bunun müqabilində erməni yalanına uyan bir sıra beynəlxalq qurumların COP29 ərəfəsində canfəşanlığı acı təəssüf doğurur.

COP29 çərçivəsində keçiriləcək zirvə görüşündə dünya dinlərini təmsil edən dini liderlərin, o cümlədən alimlərin və ətraf mühit üzrə ekspertlərin iştirakı gözlənilir. Onlar iqlim böhranının həllində dini liderlərin etik məsuliyyətlərini müzakirə edəcəklər.

Din bizə bəşəriyyətin məhdudiyyətlərini xatırladır. Buna görə də iqlim dəyişikliyi problemi də dini problemdir. Onun kökləri məxluqun özünü təmin etmə hüququndan qaynaqlanır. Bu gün baş verən bir çox müharibə və münaqişələr dünyanı dağıdan, ətraf mühiti məhv edən, və xalqları parçalayan bəlaya çevrilib, iqlim miqrasiyası ilə bağlı ciddi problemləri yaradıb. Bu baxımdan dinlərin sülhün qorunmasında xüsusi rol oynayır.

Azərbaycanda COP29 çərçivəsində keçirləcək dini liderlərin sammiti Ermənistanın və ona züy tutanların saxta təbliğatını, yalanlarını faş etmək üçün qlobal platforma olacaq.

A.ABBASOV

 

 

Chosen
22
azpost.info

1Sources