EN

Almaniya onlara ruslarla şəkil çəkdirməyə qadağa qoydu

Almaniya Müdafiə Nazirliyi hərbçilərinə ruslarla idman tədbirlərində iştiraka qadağa qoyub.

Axar.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Nəşr bildirib ki, Almaniya Müdafiə Nazirliyinin bu qərarına səbəb kimi Rusiya və Almaniyadan olan hərbçilərin birlikdə çəkildiyi fotolar göstərilib. Xüsusilə, 2024-cü ilin fevral ayının sonunda Banqladeşdə yarışlar keçirilib. Mükafatlandırma mərasimində səkkiz rusiyalı hərbçi Almaniya nümayəndə heyətinin rəhbəri, polkovnik-leytenant Kristian Lützkendorf da daxil olmaqla, Bundesverin yeddi nümayəndəsinin yanında "poza" verib.

Chosen
23
axar.az

1Sources