EN

Qaragilə – məlhəmdir hər gilə

Qaragilə dadlı bir meyvə kimi həm də sağlamlıq üçün çox faydalıdır. Onun tərkibində bol miqdarda vitaminlər, minerallar və antioksidantlar var. Qaragilənin əsas faydalarından bəziləri bunlardır:

1. Qaragilədə olan antosiyaninlər (qırmızı, bənövşəyi və mavi görünüşlü bitkilərə rəng verən piqment) və digər antioksidantlar göz sağlamlığına müsbət təsir göstərir. Bu maddələr gözlərin yorulmasını azalda, gecə görməni yaxşılaşdıra və retinaya dəstək olur.

2. Qaragilədəki güclü antioksidantlar bədəndə sərbəst radikalların səbəb olduğu hüceyrə zədələnməsinin qarşısını alaraq xərçəng və ürək xəstəlikləri kimi xəstəliklərin riskini azalda bilər.

3. Qan təzyiqini tənzimləməyə, pis xolesterolu (LDL) azaltmağa və ürək-damar sisteminin ümumi sağlamlığını dəstəkləməyə kömək edir.

4. Tərkibində olan C vitamini və digər qida maddələri immunitet sistemini gücləndirərək bədənin infeksiyalara qarşı müdafiəsini artırır.

5. Qaragilədə olan pəhriz lifləri həzm prosesini yaxşılaşdırır, qəbizliyi aradan qaldırmağa və ümumilikdə, həzm sistemini tənzimləməyə kömək edir.

6. Araşdırmalar göstərir ki, qaragilə beyindəki neyronların fəaliyyətini dəstəkləyərək yaddaşın və ümumi kognitiv funksiyaların yaxşılaşmasına kömək edə bilər. Həmçinin yaşa bağlı beyin funksiyalarının azalmasını yavaşlatmaqda da rol oynaya bilər.

7. Tərkibindəki antioksidantlar və vitaminlər dərini gənc və sağlam saxlamağa kömək edir. Qaragilə tərkibli maskalar və ya qida əlavələri dərini qidalandırır və qocalma əlamətlərinin qarşısını alır.

Qaragiləni həm təzə, həm də qurudulmuş halda yemək və müxtəlif salatlara, desertlərə əlavə etmək olar.

Z.HÜSEYNLİ
XQ

Chosen
68
2
xalqqazeti.az

10Sources