EN

“Xocalı” gəmisinin “Murovdağ” qardaşı

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin verdiyi məlumata görə, Xəzərdənkənar fəaliyyətinin genişləndirilməsi məqsədilə sayca ikinci “Handysize” tipli quru yük gəmisinin alqı-satqısını həyata keçirib. Gəminin alınması layihəsi üzrə maliyyələşmə QSC-nin dövriyyəyə buraxdığı istiqrazlardan əldə olunan vəsait hesabına reallaşdırılıb. Yeni alınan “Handysize”nin Prezident İlham Əliyevin tapşırığına əsasən “Murovdağ” adlandırılması qərara alınıb.

Bu quru yük gəmisi də cari ilin mayında istismara buraxılan ilk “Handysize” tipli “Xocalı” gəmisi kimi, təxminən, 38 min ton yükgötürmə imkanına malikdir. Uzunluğu 179,9, eni 30, bortunun hündürlüyü 15, suya oturumu 10,47 metr, maksimum sürəti 15,7 uzeldir. Suya oturumu maksimum yük götürməklə, onun bir çox dayaz limanlara da rahatlıqla daxil olmasına şərait yaradır.

Ekoloji baxımdan beynəlxalq standartlara cavab verən, yanacaq sərfində qənaətcilliyə malik olan, yüksək təhlükəsizlik sistemləri ilə təchiz edilən bu gəmi 2020-ci ildə Yaponiyada inşa olunub. Məhdudiyyətsiz üzmə imkanlarına malik gəminin ilk səfərinin Çindən Ekvadora, oradan isə Kolumbiyaya yönələcəyi və dekabrda təyinat limanına çatacağı gözlənilir.

Chosen
12
13
xalqqazeti.az

10Sources