EN

Tramp dünya müharibəsinin başlama tarixini açıqladı

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp Amerika administrasiyasının hərəkətləri səbəbindən yaxın 3-4 ay ərzində dünya müharibəsi riskinin yüksək olacağı barədə xəbərdarlıq edib.

Teleqraf.com xəbər verir ki, RSBN media şirkəti bu sözləri ABŞ-da prezidentliyə namizəd Donald Trampın dediyini bildirib.

Trampın sözlərinə görə, o, hazırkı hakimiyyətin qlobal münaqişəyə səbəb ola biləcəyindən narahatdır.

Tramp yenidən prezident seçiləcəyi təqdirdə Ukraynadakı münaqişəni tez bir zamanda həll edə biləcəyinivə Yaxın Şərqdəki xaosa son qoyacağını bildirib. Tramp əvvəllər dəfələrlə hazırkı prezident Co Baydenin administrasiyasını tənqid edərək, onun dövründə Yaxın Şərqdə müharibənin başlamayacağını iddia edib.



Müəllif: Arzu
Chosen
44
4
teleqraf.com

10Sources