EN

Döyüşə hazırlıq başladı! - Diqqət!


Şimali Koreyanın bir neçə min əsgəri Rusiya ərazisində təlim keçir.

Axar.az xəbər verir ki, bu sözləri “Vaşinqton Tayms”a Ukrayna rəsmisi deyib.

O bildirib ki, bu qüvvələr 2024-cü ilin sonunda Ukraynada cəbhə xəttinə, yaxud Rusiyanın sərhədyanı ərazilərinə göndərilə bilər. Sərhədyanı ərazilərdə koreyalı əsgərlərin olması rus ordusuna buradakı qüvvələri cəbhəyə atmağa imkan verəcək.

Cənubi Koreya və Ukrayna rəsmilərinin fikrincə, Şimali Koreya ordusu çox güman ki, Donetsk vilayətinin işğal olunmuş hissəsində yerləşəcək. Ukrayna kəşfiyyatının məlumatına görə, Şimali Koreyanın bəzi zabitləri rusların hərəkətlərini izləyir və Ukraynanın işğal olunmuş ərazilərində döyüş meydanını öyrənirlər.


Hələlik, Şimali Koreyanın göndərdiyi qüvvələrin dəqiq sayı haqda məlumat yoxdur.


Chosen
9
3
news24.az

4Sources