EN

“Mənim işimdə kimsə hansısa nöqsan görsə...” – Aslan Kərimov

Futbol veteranı, yığmanın sabiq kapitanı Aslan Kərimovun AFFA-dakı vəzifəsindən azad olunacağı ilə bağlı xəbərlər yayılıb.

Guya yeni rəhbərlik bir neçə ildi Təhsil proqramının rəhbəri kimi çalışan mütəxəssislə birgə addımlamaq istəmir.

“Football-plus.az” olaraq, yayılan iddiaların doğru olub-olmadığını özündən soruşduq. Aslan bəyin “Football-plus.az”a dedikləri:

“Hələ ki belə bir məlumatım yoxdu. Rəhbərliktərəfindən neqativ bir şey eşitməmişəm. Heç bir işçi ömürlük işləmir. Kimisə çıxarda bilərlər və bunu normal hal kimi qəbul edirəm . Rəhbərliklə danışığımız olmayıb. Lisenziyaların keçirilməməsi ilə bağlı qərarı mən vermişəm. Maarifləmə proqramında işləyən instruktorlar kimlərinsə məşqçi kimi xoşuna gəlir və götürüb aparırlar. Yerləri boş qalır və onların yerlərini doldurmaq üçün kifayət qədər resursumuz yoxdu. Ona görə də bunu bir qədər ertələmişik. Bütün gücümüzü ora sərf edirik. İlk növbədə bunu mənə texniki direktor deməlidi. Bizim işimizlə bağlı heç bir problem yoxdu. Mənim işimdə kimsəhansısa nöqsan görsə, özüm lisenziyanı qoyub çıxmağa hazıram. Hələ ki bir nöqsanım yoxdu”.


ƏSƏD SEYİDOV
Chosen
97
football-plus.az

1Sources