EN

Boks üzrə dünya çempionu öz titulunu itirdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Oktyabrın 12-dən 13-nə keçən gecə Ər-Riyadda (Səudiyyə Ərəbistanı) peşəkar boks gecəsi baş tutub.
Oxu.Az championat.com-a istinadən xəbər verir ki, gecədə WBA Super və IBO versiyası üzrə orta ağır çəkidə çempion titullarının sahibi rusiyalı Dmitri Bivol və onun həmyerlisi WBC, IBF və WBO versiyaları üzrə dünya çempionu Artur Beterbiyev üz-üzə gəliblər.
Döyüş hakimlərin fərqli qərarından sonra Bivolun məğlubiyyəti ilə başa çatıb.
Beləliklə, Dmitri Bivol 2017-ci ildən bəri sahib olduğu dünya çempionluğunu itirib və karyerasında ilk məğlubiyyətini alıb. İndiyədək rusiyalı 23 döyüşdə qalib gəlib, onlardan 12-si vaxtından əvvəl başa çatıb. Beterbiyevlə döyüşdən sonra o, WBA Super və IBO titullarından məhrum olub.
Beterbiyev isə məğlubiyyətsiz döyüşçü olaraq qalır. Onun hesabında 21 qələbə var.
Chosen
14
2
oxu.az

3Sources