EN

Növbəti bir Azərbaycan komandası finalda

"Azərreyl"in kişilərdən ibarət komandası çimərlik voleybolu üzrə klublararası Avropa Kubokunda finalına vəsiqə qazanıb.

90deqiqe.Az xəbər verir ki, Fransanın Monpelye şəhərində keçirilən turnirin həlledici matçında rəqib İspaniyanın “CVP Poniente Benidorm Alicante“ klubu olacaq.

Voleybolçularımız 1/4 finalda “Sunrise Beach Sports Academy” (Ukrayna), yarımfinalda isə meydan sahiblərini mübarizədən kənarlaşdırıblar.

Qeyd edək ki, final matçı bu gün baş tutacaq.

Chosen
3
1
90deqiqe.az

2Sources