İranda Denge qızdırmasına yoluxanların sayı artıb.
Â
Bu barədə İSNA məlumat yayıb.
Â
Bununla bağlı İran Səhiyyə Nazirliyinin Yoluxucu Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Qubad Moradi bildirib ki, ilin əvvəlindən xəstəliyə yoluxanların sayı 226 nəfərə çatıb.
Â
Onun sözlərinə görə, Çabahar şəhərində Denge qızdırmasının yayılması daha yüksəkdir. Hazırda şəhərdə virusa yoluxanların sayı azı 100 nəfərdir.
Â
Qeyd olunur ki, xəstəliyin əsas əlamətlərinə yüksək hərarət, bədən ağrıları, göyərmə və yorğunluq daxildir.
Â
Oxu.az
Tarix: 13 Oktyabr 2024, 14:10Â Â Â