EN

Gürcüstanda MSK işçiləri təhdid mesajları alıb

Gürcüstan Mərkəzi Seçki Komissiyasının əməkdaşlarının telefonlarına təhdid mesajları gəlməyə başlayıb.

“Far.Az” Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bunu Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Giorgi Kalandarişvili deyib.

Onun sözlərinə görə, mesaj MSK əməkdaşlarına eyni nömrədən gəlib:

“Bütün mesajlarda ünvan sahibinin adı var ki, bu da mesajın müəllifinin həmkarlarımız və onların şəxsiyyətləri haqqında şəxsi məlumatları bildiyini təsdiqləyir. Biz onların maraqlarını mütləq qoruyacağıq”.

Giorgi Kalandarişvili vurğulayıb ki, buna bənzər hallar əvvəllər də baş verib. Belə ki, MSK əməkdaşlarına qarşı rüşvət vermək, qorxutmaq və ya başqa tədbirlər görmək istəyiblər.

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) isə vətəndaşları saxta bildirişlərə inanmamağa çağırıb

“DİN-in rəsmi səhifəsinə vətəndaşlardan bir sıra mesajlar daxil olub, onlar nazirlik adından naməlum məzmunlu bildirişlər aldıqlarını bildiriblər. Vətəndaşların məlumatlandırılması məqsədilə qeyd etmək istəyirik ki, DİN tərəfindən heç bir bildiriş göndərilməyib və vətəndaşları yanılmamağa çağırırıq”, - bəyanatda vurğulanıb.

Chosen
34
9
far.az

10Sources