EN

İspaniya klubunda yeni baş məşqçi

“Las Palmas”ın yeni baş məşqçisinin kimliyi məlum olub.

İspaniya klubunun mətbuat xidmətinin yaydığı xəbərə görə, Dieqo Martineslə müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb. O, baş məşqçi vəzifəsində bir neçə gün əvvəl istefaya göndərilən Luis Karrionu əvəzləyib. Martinesin sonuncu iş yeri 2023-cü ilin iyulundan dekabrına qədər rəhbərlik etdiyi “Olimpiakos” (Yunanıstan) olub.
“Las Palmas” La Liqada 9 turdan sonra 3 xalla sonuncu - 20-ci yeri tutur.

Chosen
15
1
football-plus.az

10Sources