EN

Gürcüstanda müxalifət partiyasının ofisinə hücum edilib

Gürcüstanın əsas müxalifət partiyası olan Vahid Milli Hərəkat Partiyasının Batumidəki ofisi daş-qalaq edilib.

 

Bu barədə "VestiKavkaza" məlumat yayıb.

 

Hadisə ötən gecə baş verib. Obyekt ofisdə heç kim olmayanda hücuma məruz qalıb.

 

Partiya hadisəni siyasətlə əlaqələndirib və adi xuliqanlığı istisna edib.

 

Ofisə hücumla bağlı araşdırma aparılır. Hələlik hücum edənlərin şəxsiyyəti müəyyənləşdirilməyib.

 

Qeyd edək ki, bu, parlament seçkisindən sonra Batumidə keçmiş hakim partiyanın ofisinə ikinci hücumdur.

Chosen
2
5
senzor.az

10Sources