EN

Putin üçün ölməyə ancaq axmaqlar razılaşır...

...Xüsusi hərbi əməliyyatın digər iştirakçısı Putinə üz tutaraq ondan cavab tələb edib - müharibəyə səfərbər olunan və deportasiya edilənlər arasında niyə erməni, azərbaycanlı, gürcü və digər diasporların nümayəndələri yoxdur?

Gülməli odur ki, o, eyni zamanda sual vermir ki, niyə səfərbər olunanlar arasında təbliğatçıların, deputatların, nazirlərin və senatorların övladları yoxdur?

Bu cür suallar ət hücumuna səbəb ola bilər, buna görə də “alovlu vətənpərvər” burada susur.

Yaxşı, əgər Solovyov və Medvedevin oğulları cəbhəyə çağırılmırsa, onda niyə ermənilər və gürcülər ora getməlidirlər?

Onlar axmaq deyillər.

Putin üçün ölməyə ancaq axmaqlar razılaşır.

SİA-nın əldə etdiyi məlumata görə, yazı “Seyatel vetra” Telegram kanalında yer alıb.

Əli Babayev

Chosen
39
sia.az

1Sources