EN

Azərbaycan - Slovakiya: Bu axşam hansı komandanın fanatları sevinəcək?

Fins.az xəbər verir ki, Azərbaycan milli komandası UEFA Millətlər Liqasında Slovakiya ilə keçirəcəyi oyun öncəsi son məşqini Tofiq Bəhramov adına Respublika stadionunda başa vurub.

Məşqin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub.

Qarşılaşma bu axşam saat 20:00-da baş tutacaq.

Baş məşqçi Fernandu Santuş oyunla bağlı nikbin olduğunu bildirərək komandanın həm hücum, həm də müdafiə planında inkişaf etdiyini vurğulayıb. O, kapitanlıq mövzusunda lider xüsusiyyətlərinə görə Bədavi Hüseynovu seçdiyini, lakin nəticələr uğursuz olarsa məsuliyyəti üzərinə götürəcəyini qeyd edib. Azarkeşlərə də müraciət edən Santuş komandanın dəstəyə ehtiyac duyduğunu bildirib.

Milli komandanın futbolçusu Emin Cəfərquliyev də Slovakiya ilə oyunda qələbə qazanmağa çalışacaqlarını vurğulayıb: “Ötən məğlubiyyəti unutdurmaq və azarkeşləri sevindirmək üçün mübarizə aparacağıq. Müdafiədə səhvləri təkrarlamamaq əsas hədəfimizdir.”

Zemfira Ms
Fins.az

Chosen
22
50
fins.az

10Sources