EN

WP: Avropa İttifaqı Kiyevi lazımi miqdarda silahla təmin edə bilməz

Avropa İttifaqı Ukraynanı kifayət qədər silah və sursatla təmin edə bilmir və buna görə də Ukraynanın müdafiə sənayesinə investisiya qoymaq niyyətindədir...

Poliqon xəbər verir ki, bu barədə The Washington Post məlumat yayıb.

“Düşünürəm ki, Avropanın Ukraynaya ehtiyacı olan silahları istehsal etmək iqtidarında olmadığını başa düşmək artıq göz qabağındadır və ukraynalılar üçün ən asan yol bunu özləri etməsidir. Əgər ukraynalıların materialları və pulları olsa, onlar bunu təkbaşına daha tez həll edə bilərlər”, deyə adının çəkilməsini istəməyən avropalı diplomat nəşrə bildirib.

Nəşr qeyd edir ki, Avropa İttifaqının Ukraynanın müdafiə sənayesinin bərpası üçün 440 milyon dollar ayırması ilə bağlı son qərarı Aİ-də yeni yanaşmadan xəbər verir və onların müdafiə sektorunun çatışmazlıqlarını ortaya qoyur.

Qeyd edilirki, Avropa ölkələri və ABŞ-ın Ukraynaya milyardlarla dollarlıq silah göndərməsinə baxmayaraq, onların müdafiə sənayesi uzun illər daha az münaqişəli beynəlxalq mühitə diqqət yetirib.

Poliqon.info

Chosen
332
33
poliqon.info

10Sources