EN

İsrailin İrana mümkün cavab hücumunun planı və vaxtı razılaşdırıldı

Milli təhlükəsizlik üzrə məsləhətləşmələr zamanı İsrailin baş naziri Binyamin Netanyahu və müdafiə naziri Yoav Qalant İrana mümkün cavab hücumunun planı və vaxtı barədə razılığa gəliblər.

Əməliyyatın başlanması üçün Nazirlər Kabinetinin yekun razılığı lazımdır.

Qeyd edək ki, Benyamin Netanyahu oktyabrın 9-da telefon danışığı zamanı ABŞ prezidenti Co Baydenlə İranın raket hücumuna mümkün cavab variantlarını müzakirə edib. Oktyabrın 10-da isə Netanyahu cavab hücumunun məqsədlərini razılaşdırmaq üçün İsrail Təhlükəsizlik Kabinetini çağırıb. Lakin İsrail mediası hər hansı qərarın verilmədiyini yazıb.

“The Washington Post” yazıb ki, söhbət zamanı Benyamin Netanyahu Amerika prezidentini əmin edib: İsrail İranın nüvə və ya neft obyektlərinə deyil, hərbi obyektlərinə hücum etməyə hazırdır. Qəzetin mənbələri Co Baydenin THAAD raketdən müdafiə sistemini İsrailə göndərmək qərarında məhz İsrailin baş nazirinin mötədil mövqeyinin rol oynadığını qeyd edib.

“The Washington Post” qəzetinə müsahibə verən analitiklər qeyd edirlər ki, İsrailin İranın neft obyektlərinə hücumu enerji qiymətlərində kəskin sıçrayışa səbəb ola bilər. İranın nüvə obyektlərinə hücum isə münaqişənin daha da genişlənməsinə, o cümlədən ABŞ-ın birbaşa müdaxiləsi ehtimalına səbəb olacaq.

//Samir Qurbanov, Editor.az

Chosen
10
7
editor.az

10Sources