EN

Heç kim bu səsi eşitmək istəməz: Yerin maqnit sahəsinin çevrilməsi zamanı olan xırçıltı bərpa edildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Danimarka Texniki Universiteti və Almaniya Yer Elmləri Tədqiqat Mərkəzindən olan avropalı alimlər planetimizdə 41 min il əvvəl baş verən maqnit sahəsinin çevrilməsinin dəhşətli səsini bərpa ediblər. "Laşamp hadisəsi" kimi tanınan bu hadisə, maqnit fəlakətinin sübutlarının ilk dəfə tapıldığı Fransadakı lava axınlarının şərəfinə adlandırılıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə focus.ua xəbər verib.
Məlumata görə, alimlər Yerin maqnit sahəsini öyrənən Avropa Kosmik Agentliyinin "Swarm" missiyasının məlumatlarından istifadə edərək, bu apokaliptik hadisənin ətraflı xəritəsini və səs mənzərəsini rekonstruksiya edə biliblər.
Nəticə heyrətamiz olub - səs insanın canına üşütmə salan ağacın qorxunc cırıltısını xatırladır.
"Laşamp hadisəsi" zamanı Yerin maqnit sahəsi normal gücünün 5%-nə qədər zəifləyərək, kosmik şüa dəstələrinin atmosferdən keçməsinə imkan verib.
Qeyd edək ki, "Swarm" missiyası Yerin maqnit sahəsinin səslərinin yazılarını ilk dəfə dərc etmir. Daha əvvəl Avropa Kosmik Agentliyi Danimarka Texniki Universiteti ilə birlikdə günəş fırtınaları zamanı maqnit sahəsinin günümüzdə necə səsləndiyinin audiosunu təqdim etmişdi. Bu səslər də qorxuducu olması ilə yanaşı valehedicidir.
Chosen
18
50
oxu.az

10Sources