Ağdaşda zəlzələ baş verib.
Bu barədə Day.Az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublİka Seysmoloji Xİdmət Mərkəzindən məlumat verilib.
Qeyd edilib ki, 3.1 bal gücündə olan zəlzələ bu gün yerli vaxtla 08:47-də qeydə alınıb.
Xatırladaq ki, dünən də Cəlilabad rayonunda zəlzələ olub. Zəlzələnin saat 19:03-də qeydə alındığı açıqlanıb. Təkanların maqnitudası 3.6 olub. Zəlzələ ocağı 36 km. dərinlikdə yerləşib.