EN

Azərbaycanda mədən vergisi üzrə proqnoz sabit saxlanılır

2025-ci ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 160 milyon manatının və yaxud 0,4%-nin mədən vergisi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.

Bu barədə Maliyyə Nazirliyinin məlumatında bildirilir.

Məlumata görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə eynidir.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 316 milyon manat, büdcə xərclərinin isə 41 milyard 367,6 milyon manat olacağı gözlənilir.

Chosen
9
29
banker.az

10Sources