EN

Xalq artisti konsertini yarımçıq qoydu


Rusiyanın Xalq artisti Qriqori Leps Krasnoyarskdakı konsertini yarımçıq qoyub.

Publika.az xəbər verir ki, buna izləyicilərdən birinin telefonunun fənərinin yanması səbəb olub.

Məlumata görə, mahnı ifa etməyi qəfil dayandıran müğənni pərəstişkarından işığı yanan telefonunu yerə qoymasını tələb edib. O, barmağını zaldakı qadına tuşlayaraq kobud şəkildə, əmr tonunda danışıb.

Qadın isə konsertdə çəkilişlərə qadağa qoyulmadığını izah edib. O, bundan sonra Lepsin konsertlərinə gəlməyəcəyini söyləyib.

Bununla belə, bəzi internet istifadəçiləri müğənninin müdafiəsinə qalxıb.


Chosen
40
1
news24.az

10Sources