Səbail rayonu ərazisində yerləşən mağazaların birindən 7000 manat pul oğurlanması barədə polisə məlumat daxil olub.
APA DİN-ə istinadən xəbər verir ki, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 24 yaşlı İ.Əmiraslanov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.