EN

“Müstəqilliyimiz əbədidir, dönməzdir” mövzusunda tədbir keçirilib

Naftalan Şəhər İcra Hakimiyyətinin və şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 18 oktyabr “Müstəqilliyin Bərpası Günü”nə həsr edilmiş “Müstəqilliyimiz əbədidir, dönməzdir” mövzusunda tədbir keçirilib.

Tədbirdə Naftalan ŞİH-nin əməkdaşları, YAP Naftalan şəhər təşkilatının, Şəhər Ağsaqqallar Şurasının sədrləri, Heydər Əliyev Mərkəzinin direktoru, idarə, müəssisə və təşkilat rəhbərləri, ziyalılar, gənclər iştirak edib.

Öncə iştirakçılar Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən foto-eksponatlara baxış keçiriblər, fotoşəkillərdən ibarət sərgi ilə tanış olublar.

Çıxış edənlər Azərbaycanı azadlığa aparan çətin yoldan, müstəqilliyin ilk illərində ölkədə baş verən ictimai-siyasi hadisələrdən bəhs ediblər. Dövlət müstəqilliyinin bərpasının tarixi əhəmiyyətindən, müstəqilliyimizin qorunmasında və möhkəmləndirilməsində Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərindən danışıblar. Bildirilib ki, dövlət müstəqilliyimizin bərpa edildiyi həmin vaxtdan ötən 33 il Azərbaycan tarixinin mürəkkəb və çətin, eyni zamanda, şərəfli dövrü olub. Vurğulanıb ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin düşünülmüş, müdrik, məqsədyönlü siyasəti sayəsində Azərbaycan dünya dövlətləri sırasında öz layiqli yerini tutub, müstəqilliyimiz daha da möhkəmlənib, ölkəmizin ərazi bütövlüyü, suverenliyi bərpa edilib. Xalqımız artıq dördüncü ildir ki, bu günü öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir.

Tədbirdə 18 oktyabr “Müstəqilliyin Bərpası Günü”nə həsr edilmiş videomaterial nümayişi etdirilib.

1Sources