EN

Eks-deputat Sirus Təbrizlinin evi satışa çıxarıldı

Mərhum eks-deputat və hakim Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından olmuş Sirus Təbrizlinin evi satışa çıxarılıb. 

"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, 8 otaqlı 750 kvadratmetrlik ev "Statistika dairəsi" yaxınlığında yerləşir.

Məlumatı yayan Pravda.az satışa çıxarılan evə 1.600.000 manat qitmət qoyulduğunu bildirib. 

Mərhum Sirus Təbrizli Milli Məclisin I çağırış (1995–1998) və II çağırış (2000–2005) üzvü, Azərbaycanın mətbuat və informasiya naziri (1997–2000), Yeni Azərbaycan Partiyasının qurucu 91 üzvündən biri olub.

"Cebheinfo.az"

Chosen
43
23
cebheinfo.az

10Sources