EN

BVF Ukraynaya 1,1 milyard dollar məbləğində tranşı təsdiqləyib

Beynəlxalq Valyuta Fondunun (BVF) İcraçı Direktorlar Şurası Ukrayna ilə sazişləri təsdiqləyib.

"Far.Az" xəbər verir ki, bu barədə BVF-nin mətbuat xidmətinin açıqlamasında bildirilir.

Bununla da Kiyev genişləndirilmiş kredit mexanizmi çərçivəsində 1,1 milyard dollar məbləğində daha bir tranş alacaq.

Xatırladaq ki, 2023-cü ilin mart ayının sonunda BVF Ukrayna üçün dörd il müddətinə 15,6 milyard dollar məbləğində kredit proqramını təsdiqləyib.

Kredit proqramı iki mərhələdə həyata keçiriləcək. 2023-2024-cü illər üçün nəzərdə tutulan birinci mərhələdə güclü büdcənin yaradılması, davamlı dezinflyasiya, sabit məzənnənin saxlanması və uzunmüddətli maliyyə sabitliyinin təşviqinə diqqət yetiriləcək.

İkinci mərhələdə makroiqtisadi sabitlik möhkəmləndiriləcək, bərpa və müharibədən sonrakı ilkin yenidənqurmaya dəstək veriləcək.

Chosen
139
28
far.az

10Sources