EN

“İnter Mayami” klublararası dünya çempionatına dəvət aldı

FIFA prezidenti Canni İnfantino MLS təmsilçisi “İnter Mayani”nin 2025-cı il FIFA Klub Dünya Kubokunda iştirak edəcəyini bildirib.

Arena.az məlumat verir ki, “İnter Mayami”nin MLS çərçivəsində “Nyu-İnqlend Revolyuşn” üzərində 6:2 hesablı əzmkar qələbəsindən sonra, İnfantino bildirib ki, bu komanda klublararası dünya çempionatına ev sahibi ölkə üçün yeganə vəsiqə əsasında yarışa dəvət edilib.

Mayami klubu üçün bu, müvafiq yarışda ilk iştirak olacaq.

Xatırladaq ki, “İnter Mayami” 2023/2024-cü illər mövsümü MLS müntəzəm mövsümünün qalibi olub və yarışın növbəti, ələmə mərhələsinə vəsiqə qazanıb.

“Vağlar”ın heyətində dünya futbolunun ulduzları, vaxtilə “Barselona”da birlikdə oynamış oyunçular – komandanın kapitanı, argentinalı hücumçu Lionel Messi, uruqvaylı hücumçu Luis Suares, ispan müdafiəçi Jordi Alba, ispan yarımmüdafiəçi Serxio Buskets çıxış edirlər.

Xatırladaq ki, yenilənmiş tərtibat əsasında FIFA Klub Dünya Kuboku 2025-ci il iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək. Yarışın yeni tərtibatı üzrə iştirakçıların sayı 7 komandadan 32 komandaya yüksəldilib. Yarışda Afrika, Asiya, Avropa, Amerika və Okeaniya klubları iştirak edəcəklər.

Chosen
37
13
arena.az

10Sources