EN

"Türkiyədəki qruplaşma Bakıda da var"

Əməkdar artist Elnur Kərimov son günlər Türkiyə gündəmini zəbt edən "Yenidoğan şəbəkəsi"nin işinə diqqət çəkib. Pravda.az unikal-a istinadən xəbər verir ki, aktyor sosial şəbəkə paylaşımında belə bir hadisənin Bakıda da yaşandığını iddia edib.

 

"Son günlərdə Türkiyədə Yenidoğan hadisəsi mənə təəccüblü gəlmədi. Bakıda da var. Mən də bunun qurbanı olmuşam. İndi də övladımla bundan əziyyət çəkirəm", - deyə Elnur yazıb.

 

Qeyd edək ki, Türkiyədə "Yenidoğan şəbəkəsi"nin xəstəxanalarda yeni doğulmuş körpələrə yanlış diaqnozlar qoyaraq təcili yardım şöbələrindən özəl klinikalara yönləndirilməsi və bununla qanunsuz gəlir əldə etdikləri üzə çıxıb. Həmin şəxslər uşaqlara narkotik maddələr verərək onların mövcud vəziyyətini olduğundan daha ağır göstəriblər və uzun müddət orada qalmalarını təmin ediblər. Uşaqların evtanaziya yolu ilə öldürüldüyü də məlum olub. Sağ qalan körpələrin səhhətində isə bilərəkdən problemlər yaradılıb. Ümumilikdə şəbəkənin cinayət əməli nəticəsində 12 uşaq öldürülüb. Dəstə üzvlərinin İstanbulda əlbir olduqları 9 özəl xəstəxananın lisenziyası artıq ləğv edilib. Rəsmi statistikaya görə, Türkiyədə son 10 ildə 3 000-dən çox körpə xəstəxanalarda şübhəli şəkildə dünyasını dəyişib.

Tarix: 21 Oktyabr 2024, 10:17   
Chosen
105
13
pravda.az

10Sources