EN

“Qərb özünə lazım olduqda ərazi bütövülüyü prinsipini yada salır” –LAVROV

“Ukraynada rus dilinin qadağan edilməsi və ölkənin NATO-ya daxil olması ideyası qəbuledilməzdir. Bundan imtina edilməlidir”.

Azpost.info TASS -a istinadən bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “MGIMO 80” sənədli filmindəki müsahibəsində deyib.

“Ukraynanın rusdilli əhalisinin hüquqları ayaqlar altında tapdalanıb. Rus dilində təhsili, Rusiyada yerləşən və Ukraynada fəaliyyət göstərən medianı, rus dilində fəaliyyət göstərən Ukrayna KİV-lərini qadağan edən qanunlar qəbul edilib. Rus mədəniyyəti qadağandır”, – deyə Lavrov bildirib.

“Bütün bunlar həyata keçirilməli və aradan qaldırılmalıdır”, – Rusiya XİN rəhbəri vurğulayıb.

Onun sözlərinə görə, Qərb Ukrayna ilə bağlı hər hansı bəyanatında Rusiyanı təcavüzdə ittiham etməyi öz qaydasına çevirib: “Bəyan edirlər ki, Rusiya öz qoşunlarını çıxarmalıdır. Yeganə həll yolu Ukraynanın ərazi bütövlüyünü təsdiq edən BMT-nin Nizamnaməsidir. Bu, Qərbin yanız özünə lazım olduqda əl atdığı pis vərdişidir”.

Azpost.info

Chosen
46
5
azpost.info

6Sources