EN

Hakimləri təhqir edən futbolçuya AĞIR CƏZA

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycan II Liqasında çıxış edən "Ağdaş" klubunun futbolçusu Ülvi Sarıyev 4 oyunluq cəzalandırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Cəzaya II Liqanın VII turunda "Hypers Guba" ilə görüşdə ikinci sarı vərəqə aldıqdan sonra futbolçunun hakimləri təhqir etməsi səbəb olub. Ü.Sarıyevin bu hərəkətinə görə "Ağdaş" klubu 300 manat cərimələnib.
"Ağdaş" həmçinin matçın ilkin protokolunu elektron bazada gec təsdiq edildiyinə görə 100, Əsasnamənin tələbləri pozulduğuna görə 50, beş futbolçusu sarı vərəqə ilə cəzalandığına görə isə 70 manat cərimələnib.
Chosen
22
30
oxu.az

10Sources