EN

Bu cərimənin məbləği- 200-dən 4000-ə qədər oldu

Nəqliyyat vasitələrindən bayıra tullantı atanlar cərimə olunacaqlar.

Gundem.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, yollara və ya yol qurğularına tullantı və ya nəqliyyat vasitələrindən bayıra hər hansı əşya atılmasına görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər 4 000 manat məbləğində cərimə edilir.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

 

Chosen
87
10
gundem.az

10Sources