EN

Uzun müddət ayaq üstə durmaq ziyandır: Qan dövranı problemlərini artırır

Sidney Universitetinin alimləri müəyyən ediblər ki, uzun müddət ayaq üstə durmaq oturmaqla müqayisədə ürək sağlamlığını yaxşılaşdırmır. Araşdırmada ayaq üstə durmağın varikoz damarlar kimi qan dövranı problemləri riskini artırdığı qeyd edilib. Gündə 10 saatdan çox oturmağın ürək-damar xəstəliklərini tətiklədiyi bildirilir.
Sherg.az xəbər verir ki, Sidney Universitetinin tədqiqatçıları tərəfindən aparılan yeni araşdırmaya görə, uzun müddət ayaq üstə durmaq oturmaqla müqayisədə ürək sağlamlığını əhəmiyyətli dərəcədə yaxşılaşdırmır.

"Medical News Today"-in verdiyi məlumata görə, araşdırma nəticəsində məlum olub ki, uzun müddət ayaq üstə durmaq qan dövranı problemləri, o cümlədən dərin venaların trombozu və ya varikoz damarları riskini artırır.

Tədqiqatçılar həmçinin gündə 10 saatdan çox oturmanın bir insanın həm ürək-damar xəstəlikləri, həm də ortostatik qan dövranı xəstəlikləri riskini artıra biləcəyini vurğulayırlar.

Bu araşdırma üçün elm adamları Böyük Britaniya Biobankından təxminən 83.000 böyüklərin hərəkətlərini izləmək üçün istifadə edilən geyilə bilən cihazdan- akselerometrdən alınan məlumatları təhlil ediblər.

Akselerometrdən alınan məlumatlar insanların gündəlik olaraq nə qədər oturub dayandıqlarını qiymətləndiririb.

Bundan əlavə, elm adamları tədqiqat populyasiyasında ürək-damar xəstəliklərinin əhəmiyyətli hallarını araşdırıblar.

Təhlildən sonra məlum olub ki, iştirakçıların ayaq üstə sərf etdikləri vaxtın ürək və ya qan damarlarında ürək-damar xəstəlikləri riski ilə əlaqəli deyil.
Bununla belə oturma ilə müqayisədə uzun müddət ayaq üstə durmağın ürək-damar sağlamlığını tətiklədiyi  bildirilib.
Chosen
83
50
sherg.az

10Sources