EN

“PAŞA Bank” “Azərbaycanda iqlim maliyyəsi: Davamlı iqtisadi inkişaf yolları” adlı konfrans keçirir

Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” “Azərbaycanda iqlim maliyyəsi: Davamlı iqtisadi inkişaf yolları” adlı konfrans keçirir.

Bu barədə Fins.az-a bankdan  məlumat verilib.

23 oktyabr tarixində Bakıda baş tutan tədbir BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunub. Konfrans Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafı üçün milli prioritetlər kontekstində iqlim maliyyəsi məsələlərinin əhəmiyyətinə fokuslanıb.

Bundan başqa, iqlim maliyyəsinin biznesə müsbət təsiri və çağırışlar, requlyatorun makroiqtisadi çağırışlar vasitəsilə iqlim maliyyəsinin stimullaşdırılmasında rolu, hökumət, banklar və iqtisadiyyatın özəl sektoru arasında əməkdaşlıq, Azərbaycanda iqlim maliyyəsini dəstəkləyən və stimullaşdıran hüquqi alətlər və digər məsələlər tədbirin əsas müzakirə mövzularıdır.

Konfransın işində energetika nazirinin müavini və COP29-un icraçı direktoru Elnur Soltanov, iqtisadiyyat nazirinin müavini Anar Axundov, BMT Qlobal Sazişinin Azərbaycan üzrə rəhbəri Samir Məmmədov, “Azerbaijan Green Energy Company”nin maliyyə direktoru və idarə heyətinin üzvü Xəyalə Nağıyeva, “Deloitte Azərbaycan”ın idarəedici partnyoru Nuran Kərimov, bir sıra beynəlxalq ekspertlər, 100-ə yaxın sahibkar və real sektorun təmsilçiləri iştirak edirlər.

Xatırladaq ki, “PAŞA Bank” 2023-cü ildə BMT Qlobal Sazişinin üzvü olub. Bankın “2024-2026-cı illər üçün Korporativ Sosial Məsuliyyət (KSM) strategiyası” həmin qlobal təşəbbüsün Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) uyğun tənzimlənib. Həmin DİM-lərin arasında “iqlim dəyişikliyinə qarşı mübarizə” sahəsi xüsusi yer tutur və Bank cari strateji dövr ərzində bu istiqamət üzrə fəaliyyətini genişləndirmək niyyətindədir.

Zemfira Ms
Fins.az

              

 

Chosen
86
28
fins.az

10Sources