EN

McDonald’s səhmləri ABŞ-də zəhərlənmə xəbərindən sonra 9% ucuzlaşıb

McDonald’s səhmləri Nyu-York birjasında ABŞ-də zəhərlənmə xəbərlərindən sonra 9% ucuzlaşıb. Bildirilir ki, ən azı 49 nəfər zərər çəkib, 1 nəfər ölüb.

Banker.az xəbər verir ki, ticarət sessiyasının sonuna eniş tempi 5.8%-ə kimi azalıb. Qiymət 18.25 dollar ucuzlaşaraq 296.44 dollar olub.

Sentyabrın sonundan oktyabrın 11-dək Kanzas, Kolorado, Missuri, Nebraska və Viskonsin kimi on ştatda zəhərlənmə halları qeydə alınıb. On nəfər tibb müəssisələrinə yerləşdirilib. McDonald’s zəhərlənmələrin tədarükçülərin birindən aldığı soğan ilə bağlı ola biləcəyindən şübhələnir.

Chosen
88
43
banker.az

10Sources