EN

Bacısının azyaşlı oğlunu dişləyən qadınla bağlı QƏRAR VERİLDİ

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ağdam Rayon Məhkəməsində əzab vermədə təqsirləndirilən Mənzərə Alıyevanın (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elşad Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Məhkəmənin qərarı ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmiş təqsirləndirilən şəxs cinayət məsuliyyətdən və cəzadan azad olunub. Mənzərə Alıyeva barəsində Səhiyyə Nazirliyinin Ümumi Tipli Psixiatriya Stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilib.
İttihama görə, hadisə 10 iyun 2024-cü il tarixində təxminən saat 12 radələrində Ağdam rayon Dadaşlı kəndində qeydə alınıb. Belə ki, Mənzərə Alıyeva atasına məxsus evdə olan zaman bacısı Səmayə Alıyevanın (şərti) üzərinə hücum edərək onun azyaşlı oğlu Mahir Mədətovu (şərti) əlindən zorla alıb. Sonra təqsirləndirilən şəxs uşağın bədəninin müxtəlif nahiyələrini dişi ilə tək-tək olmaqla intensiv və ardıcıl olaraq dişləyərək xəsarət yetirib.
Daha sonra Mənzərə Alıyeva saxlanılaraq barəsində Cinayət Məcəlləsinin 133.2.4-cü (əzab vermə, təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxsin anası ifadəsində bildirib ki, Mənzərə ruhi əsəb xəstəsidir, dispanserdə qeydiyyatdadır, müxtəlif vaxtlarda müalicə olunması üçün Bakı şəhərində yerləşən 1 saylı xəstəxanada müalicə edilib.
Chosen
57
37
oxu.az

10Sources