EN

İsrail raket hücumuna görə İrandan “qisas almağı” təxirə saldı

İsrail kütləvi raket hücumuna görə İsrailə qarşı "intiqamı” təxirə salmaq qərarına gəlib. Buna səbəb Amerika Birləşmiş Ştatlarından kəşfiyyat məlumatlarının sızması olub. 

Bu barədə Qaynarinfo "The Times”a istinadən xəbər verir.

Nəşrin məlumatına görə, sızma İsrailin oktyabrın əvvəlində İranın həyata keçirdiyi irimiqyaslı ballistik raket hücumuna cavab vermək planlarını üzə çıxarıb.
Qeyd olunur ki, kəşfiyyat məlumatları olan sənəd ötən cümə günü iranpərəst Telegram kanalında dərc edilib. İddiaya görə, o, həmçinin peyk görüntüləri və digər kəşfiyyat məlumatlarına əsaslanan İsrailin ehtimal olunan cavabı ilə bağlı ABŞ-ın qiymətləndirməsini ehtiva edir.

Xüsusilə, sənəddə İsrailin havadan buraxılan "Golden Horizon” və IS02 (Rocks) ballistik raketlərindən bəhs edilib.

Xatırladaq ki, oktyabrın 1-də İran İsrailə raket hücumu həyata keçirərək 200-ə yaxın ballistik raket atıb. Lakin hücum səmərəsiz olub və ciddi ziyan vurmayıb.

İsrailin baş naziri Benyamin Netanyahu bu zərbəyə cavab vermək niyyətini açıqlayıb, eyni zamanda, əsas neft yataqlarına və hətta İranın nüvə obyektlərinə mümkün hücumları istisna etməyib. Eyni zamanda, ABŞ prezidenti Co Bayden münaqişənin daha da gərginləşməsinin qarşısını almaq üçün İsraili bu cür hərəkətlərdən çəkinməyə inandırmağa çalışır.

Xarici medianın məlumatına görə, İsrail artıq İranın hücumlarına cavab verməyə hazırlaşır və bunun ABŞ-da keçiriləcək prezident seçkilərindən əvvəl baş verə biləcəyi gözlənilir.

Nizami Bağırov
Chosen
31
50
qaynarinfo.az

10Sources