EN

Gürcüstandakı seçkilərdə bunu edənlər həbs olunacaq

Gürcüstan Mərkəzi Seçki Komissiyasının binasını ələ keçirmək və ya bloklamaq həbslə cəzalandırılacaq.

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidzenin seçkilərdən bir gün əvvəl hökumətin saytında dərc olunmuş qərarında qeyd olunub.

Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da proporsional sistemlə keçiriləcək. Parlamentə daxil olmaq üçün partiyalar 5%-i keçməlidir. Ən çox səs toplayan partiya baş nazirliyə namizəd irəli sürə biləcək.  Hökumət başçısını və onun kabinet tərkibini təsdiq etmək üçün 150 deputatdan 76-nın dəstəyi lazımdır. 

Ağarza Elçinoğlu

Chosen
111
46
unikal.az

10Sources