EN

Çində dünyanın ilk uçan avtomobil zavodunun tikintisinə başlanılıb

Dünyanın ilk uçan avtomobilinin istehsalı bazasının tikintisi bazar günü Çinin cənubundakı Quançjou şəhərində başlayıb.

Musavat.com Sinxua agentliyinə istinadən xəbər verir ki, XPENG-in uçan avtomobil törəmə şirkəti XPENG AEROHT tərəfindən istismara verilən istehsal bazası dünyada uçan avtomobillər üçün ilk kütləvi istehsal zavodu olacaq.

İstehsal bazası180 min kvadratmetr ərazini tutur. Bu zavodun tikintisinin birinci mərhələsi “Yerüstü təyyarə daşıyıcısı” modelinin uçan avtomobili üçün hava modulunun istehsalı üçün nəzərdə tutulub. Gələcək layihənin istehsal gücü ildə 10 min ədəd olacaq.

Şirkətin qurucusu Çjao Delinin sözlərinə görə, uçn avtomobilin modeli ilk uçuşunu bu ilin sentyabrında edib və bu modelin ilkin satışına bu ilin sonunda başlanacaq.

Quançjou ölkə iqtisadiyyatına inteqrasiya etmək istəyən Çin şəhərlərindən biridir. Rəsmi məlumatlara görə, hazırda Xuanpu şəhər ərazisində bu sektorda inkişaf, istehsal və tətbiq də daxil olmaqla 50-dən çox müəssisə fəaliyyət göstərir.

Musavat.com

Chosen
42
4
musavat.com

5Sources