EN

"ATV-də hərəmizə 3 min manat maaş verirdilər"

"Azərbaycanda reytinqli verilişlər arasında ən az maaş alan aparıcılar biz idik. "Xəzər TV"də aparıcılıq edəndə ən az maaşı alırdıq" .

Milli.az xəbər verir ki, bu sözləri müğənnilər Sevil və Sevinc Səfərova "Xəbərin var?" verilişində deyib.

Sevincin sözlərinə görə,  "Xəzər TV"də çalışanda onlar 400 manat maaş alıblar:

"Sonra 500, sonra 600, sonda isə 800 manat oldu. 4 il ərzində maaşımız 1000 manata çatdı" .

O, ATV-də çalışan zaman aldıqları qonorarı da açıqlayıb:

"Növbəti mövsümdə ən bahalı aparıcı olduq. ATV-də ən çox maaşı biz alırdıq. Hərəmizə 3 min manat verirdilər. İlk dönəmdə premya almırdıq. Sponsor faizi var: əgər sən reklam gətirirsənsə, ordan faiz alırsan. Amma "Xəzər TV"də belə qayda yox idi".

Milli.Az

Chosen
81
50
milli.az

10Sources