EN

Azərbaycanda dəniz nəqliyyatı ilə sərnişindaşımanın həcmi artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı 2023-cü ilin müvafiq dövrünə nisbətən 19,6 % artaraq 21,4 min nəfər olub.

Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 6 milyon 358 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,6 % azalıb. Yüklərin 47,6 %-ni neft yükləri təşkil edib.

Dəniz limanları tərəfindən 10 milyon 431 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 8 milyon 363,3 min tonunu və ya 80,2 %-ni tranzit yüklər təşkil edib.

2024-cü il oktyabr ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 452,5 min ton olub.

Fuad Mədətov
Fins.az

Chosen
57
4
fins.az

4Sources