EN

Elm və təhsil naziri Neftçalada vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev 29 noyabr tarixində Neftçala şəhərində vətəndaşları qəbul edəcək.
“Azərbaycan müəllimi” xəbər verir ki, qəbulda Neftçala, Hacıqabul, Şirvan, Salyan və Biləsuvar sakinləri iştirak edə bilərlər.

Adları çəkilən şəhər və rayonların sakinləri 20 noyabr (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.

1/1

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/29%20October%202024/fb7cc1ca-8c51-43cf-b92c-c0ab40061c14_01-29.10.24.jpg
Chosen
20
13
moderator.az

10Sources